x
Loading...

Baş nazirin helikopterinin pəri 20 yaşlı qızın başını kəsdi (FOTO)

Baş nazirin helikopterinin pəri 20 yaşlı qızın başını kəsdi (FOTO)
08:21 7 Avqust 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

Peruda ölkənin baş nazirinin vertolyotu bədbəxt hadisəyə səbəb olub.

ANS PRESS-in məlumatına görə, ölkənin RPP portalı xəbər verir ki, 20 yaşlı tələbə baş nazir Pedro Katerianonun vertolyotuna tərəf qaçdıqda işlək vəziyyətdə olan pər onun başını bədənindən ayırıb.


20 yaşlı qız baş nazirə məktub vermək istəyirdi

Gənc Lina Sapata Feyxonun vertolyota qaçmağının səbəbi isə türmədə olan qardaşı olub. Qardaşının haqsızcasına türməyə yatırıldığını bildirən baş nazirə ünvanlanan məktub qızın əlində qalıb.

İnsidentdən sonra baş nazir işguzar səfərini dayandırıb. Hakimiyyət qüvvələri məsələnin araşdırılacağını və hadisəyə görə məsuliyyət daşıyan baş nazirin qoruma nümayəndələrinə cəza verəcəyi barədə söz veriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR