Kurortda qalmaqal: məşhur pilot qarət olundu - FOTO

Kurortda qalmaqal: məşhur pilot qarət olundu - FOTO
09:32 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Beynəlxalq "Formula-1" avtoçempionatındakı "McLaren" komandasının əsas pilotu Censon Batton və xanımı Cessika Miçibatanın istirahət etdikləri villa qarət olunub.

Milli.Az ABC-yə istinadən bildirir ki, Fransanın cənubunda, San-Trope kurortunda olan bu villanı "McLaren" komandası pilot üçün icarəyə götürmüşdü.

Polisdən verilən məlumata görə, quldurlar villanın ventilyasiya sisteminə yuxu gətirən qaz vurublar. Villadakılar qazın təsirindən dərin yuxuya gedəndən sonra quldurlar içəri giriblər.
"Bu yol son beş ildə xüsusilə populyar olub. Dəbdəbəli villa və malikanələri qarət etməkdə "ixtisaslaşan" çox təcrübəli, usta quldurlar bu metoddan istifadə edirlər", - Sen-Trope polisindən deyiblər.
Oğurlanan əşyalar arasında 5 karatlıq brilyant qaşlı nişan üzüyü və digər bahalı zinət əşyaları var. Ümumilikdə quldurlar 500 min avrodan çox dəyəri olan əşyalar aparıblar.
Nişan üzüyünün dəyəri 300 min avrodur.
35 yaşlı Censon Batton "Formula-1" yarışlarında 2000-ci ildə Avstraliya Qran-Prisində debüt edib.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR