x
Loading...

Cavid: ""Apollon" Bakıya futbol oynamağa gəlməmişdi"

Cavid: ""Apollon" Bakıya futbol oynamağa gəlməmişdi"
08:37 7 Avqust 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Apollon"a qalib gəldikləri oyundan (1:0) sonra qol.az saytının suallarını cavablandırıb. 

- Cavid Hüseynovu "Apollon"la oyunların qəhrəmanı adlandırmaq olar?

- Qəhrəman təkcə mən yox, hamımızıq. İstər futbolçular, istərsə də azarkeşlər həqiqətən əzmkarlıq göstərdilər. Çox xoşagəlməz bir komanda ilə düşmüşdük və xalqımız bizi layiqincə dəstəklədi. 

- "Apollon" necə rəqib idi?

- Çox çətin və pis rəqiblə düşmüşdük. Oyunboyu bizi təxribata çəkməyə, qıcıqlandırıb qalmaqal yaratmağa çalışırdılar. Buna baxmayaraq biz onların cavablarını verdik. Bütün komanda yoldaşlarımın, xalqımızın qarşısında baş əyirəm. Biz onların dəstəyi sayəsində bu nəticəyə nail olduq.

- Oyundan sonra baş məşqçin Roman Qriqorçuk sənin sarı vərəqə ilə cəzalandırılmağını istəmədiyini bildirib. Çünki bu oyunda sarı vərəqə almaqla cəzalı duruma düşdün.

- Bəli, oyundan öncə də baş məşqçimiz bizə tapşırmışdı ki, ehtiyatlı olaq. Çünki rəqib bizi təxribata çəkirdi. Əlimizdən gələni etdik ki, özümüzü cilovlayaq. Amma elə hisslər var ki, onun qarşısını almaq mümkün deyil.

- Oyunboyu rəqib futbolçular daha çox səni narahat edirdilər.

- "Apollon"un 5 nömrəli oyunçusu oyunboyu məni vururdu, təxribata çəkirdi. O, istəyirdi ki, mən ona nəsə edim, qırmızı və ya sarı vərəqə alım. "Apollon" heç bu oyunu düşünmürdü. İstəyirdilər ki, qırmızı vərəqə alım və növbəti turlarda komandama kömək edə bilməyim. Onlar mərhələni keçə bilməsələr də, bizə zərər yetirməyə çalışırdılar. "Apollon" Bakıya futbol oynamağa gəlməmişdi.

- Penalti epizodunda rəqib qapıçı sənə nə deyirdi? 

- Nəsə deyirdi. Amma onun dilini başa düşmədiyim üçün nə dediyini anlamadım. Mən də əlimlə işarə etdim ki, get buradan. 

- Deyəsən, Ermin Zeç də penalti zərbəsini yerinə yetirmək istəyirdi.

- Xeyr, komandada penaltini mən vururam. Zeçlə bu barədə dialoqumuz da olmadı. 

- Amma yenə də həyəcanlı idin.

- Həyəcan həmişə olur. Bu qədər azarkeş qarşısından üzüağ çıxmaq lazım idi. Şükürlər olsun ki, bunu bacardıq. 

- Pley-off mərhələsinin ilk oyununda iştirak etməyəcəksən. Necə düşünürsən, komanda sənin yoxluğunda layiqli mübarizə apara biləcək? 

- İnanıram ki, layiqli mübarizə də aparacaq. Komandada hər bir oyunçuya inam sonsuzdur. Ehtiyat oyunçular arasında səviyyəli futbolçularımız var. İstər Asif Məmmədov, istərsə də Samir Zərgərov səviyyəli oyunçulardır. Bizdə elə oyunçu yoxdur ki, onun yeri boş qalsın. Biz kollektiv şəkildə həm müdafiə olunuruq, həm də hücuma keçirik. Kiprdəki oyundan sonra bəzi həmkarlarınız məni qınadı. Amma çoxlarınız da məni dəstəklədiniz. Bu oyunda həmin dəstəyin qarşılığını az da olsa, verə bildim. Məni qınayanlara isə deyirəm ki, onlar mənim keçirdiyimi hissləri başa düşə bilməzlər. Çünki həmin adamın qanında problem var. Ona deyərdim ki, qanını yoxlatdırsın.

- Amma səni peşəkarcasına yanaşmadığına görə tənqid etmişdilər. UEFA səni cəzalandırsaydı, komandanı pis vəziyyətdə qoyacaqdın...
 
- Söhbət bayraqdan, hisslərdən gedir. Əgər sənin yanında Azəbaycan bayrağını yandırsalar, pis vəziyyətə qoysalar, nə edəcəksən? Əlbəttə, öz reaksiyanı verəcəksən. Mən də həmin gün futbolçu kimi yox, Azərbaycan övladı kimi reaksiya verdim. Tənqid ola bilər. Amma təhqirə yol verildiyi üçün getsin qanını yoxlatdırsın. Onun qanında dəyişiklik olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR