İŞİD daha bir şəhəri ələ keçirdi - FOTO

İŞİD daha bir şəhəri ələ keçirdi - FOTO
10:12 7 Avqust 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın qərbində Əl Qəratayn şəhərini ələ keçirib.

Milli.Az Al Arabi-ya istinadən bildirir ki, şəhərə hücum çərşənbə günü, İŞİD-in üç "canlı bomba"sının Əl Qərataynın girişində özünü partlatmaları ilə başlamışdı.
Döyüşlərdə İŞİD-in 23 terrorçusu həlak olub.
Əl Qəratayn şəhərinin ələ keçirilməsi İŞİD-ə Homs vilayətinin şərqi ilə Kəlamunun şərqindəki rayonları birləşdirməyə imkan verir.

Əl Qəratayn şəhərinin 40 min sakininin əksəriyyəti xristianlar, Homs şəhərindən qaçmış şəxslərdir.
 

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR