x
Loading...

Dollar sabitləşdi (CƏDVƏL)

Dollar sabitləşdi (CƏDVƏL)
09:16 7 Avqust 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1452-dən 1.1453-ə qalxıb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində sabitləşmə qeydə alınıb. ABŞ valyutasının məzənnəsi dəyişməyib - 1.0497-yə düşüb.

Rus rublunun məzənnəsində də ucuzlaşma qeydə alınıb. Rubl 0.0167-dən 0.0164-ə düşüb.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir) həyata keçirilib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=357351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR