Bakıda dayanacağa çırpılan maşın kül oldu - FOTO

Bakıda dayanacağa çırpılan maşın kül oldu - FOTO
10:32 7 Avqust 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dəhşətli yanğın hadisəsi baş verib. Milli.Az musavat.com-a istinadən bildirir ki, ötən gecə Nərimanov rayonu, Ayna Sultanova heykəli ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) arasındakı ərazidə avtoqəza baş verib. "Subaru" markalı minik avtomobili yüksək sürətlə yolun kənarındakı maşrut dayanacağına çırpılıb. Nəticədə dayanacaq yararsız hala düşüb.

Qəzadan bir neçə dəqiqə sonra isə, avtomobil alovlanmağa başlayıb. Xoşbəxtlikdən, ətrafda olan taksi sürücüləri maşında olan sərnişinləri yanğın böyümədən ərazidən uzaqlaşdıra biliblər. Hadisə şahidlərinin musavat.com-a verdikləri məlumata görə, yanğın o qədər şiddətli olub ki, avtomobildən əsər-əlamət qalmayıb. Hətta yaxınlıqdakı körpüyə də ziyan dəyib. 

Əraziyə çağırılan FHN-in yanğınsöndürmə idarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını alıblar. İlkin məlumatlara görə, qəza nəticəsində güclü xəsarət alan olmayıb. 

Sakinlərin sözlərinə görə, onlar 5 dəfə partlayış səsi eşidiblər: "Qəzadan xəbərimiz yox idi. Qəfil partlayış səsi eşitdik. Ardından 4 dəfə də güclü partlayış oldu. Bayıra çıxdıq. Gördük ki, körpü tərəfdə yanğın var. Gəlib, baxdıq. Maşın dayanacağa çırpılmışdı. Və dəhşətli yanırdı. Amma sahibini görmədik. Deyəsən getmişdi. Gördük ki, alov getdikcə böyuyür, səs-küy saldıq. Sürücülərə dedik ki, maşınları kənara çəksinlər. Hər şey ola bilərdi". 

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/361353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR