x
Loading...

Yanvar-iyun aylarında sosial sığorta gəlirləri artıb

Yanvar-iyun aylarında sosial sığorta gəlirləri artıb
09:34 7 Avqust 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

“Hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və sosial sığorta gəlirlərinin artımı ötən ilin 6 ayı ilə müqayisədə dövlət büdcəsindən ayrılan transfertin 18 milyon manat azalmasına səbəb olub”.

 

Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

 

E.Mehdiyevin sözlərinə görə, hazırda Azərbaycanın sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial-sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Ödənilən pensiya məbləğlərinin bir hissəsini sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir ki, bu xərclərin illik məbləği təqribən 1,5 milyard manatdır.

 

Dövlət büdcəsindən ayrılan illik transfertin həcmi isə 1,1 milyard manat olmaqla həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir.

 

Bu barədə jurnalistlərə açıqlama verən Elman Mehdiyev cari ilin yanvar-iyun aylarında Fondun sosial sığorta gəlirlərinin artığını diqqətə çatdırıb: “Fondun sosial sığorta gəlirləri 8,0 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır. Bu artım dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR