"ASAN xidmət" 2 gün işləməyəcək

"ASAN xidmət" 2 gün işləməyəcək
10:47 7 Avqust 2015
109 Digər
Ölkə mətbuatı
A- A+

8-9 avqust tarixlərində 4 saylı Bakı "ASAN xidmət" mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.  

Milli.Az SİA-ya istinadən bildirir ki, Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən xəbərə görə, vətəndaşlar qeyd olunan tarixlərdə hazır sənədlərlə bağlı əvvəlki qaydada mərkəzə müraciət edə biləcəklər. Sənəd qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür. Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlərimiz də fəaliyyətini davam etdirir.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR