Kəniz olmaq istəməyən 19 qadın güllələndi - FOTO

Kəniz olmaq istəməyən 19 qadın güllələndi - FOTO
11:05 7 Avqust 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti " (İŞİD) terror təşkilatı İraqda girov götürdüyü 19 qadını edam edib.
Güllələnən qadınların "suçu" kəniz olmaq və salındıqları "hərəmxana"ların sahibləri ilə cinsi əlaqəyə girmək istəməmələri idi.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, qadınlar İraqın Mosul şəhərində edam olunublar. Onların 15-i iraqlı ərəb, dördü isə yezid olub.

Onlar şəhərin mərkəzi meydanlarından birində güllələniblər.
İyun ayında İŞİD rəhbərliyi "Mömin müsəlmanlar üçün yeni qaydalar" adlı "qanunlar məcəlləsi"ndə terror təşkilatının nəzarətindəki ərazilərin kişi sakinlərinə 9 yaşına çatmış qızlarla nikah bağlamağa, habelə yetkinlik yaşına çatmamış qızları kəniz kimi saxlamağa icazə vermişdi. 
 

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR