"iPhone 6"lar Azərbaycan sərhədində "ilişdi"

"iPhone 6"lar Azərbaycan sərhədində "ilişdi"
11:17 7 Avqust 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Gömrükdə gizli yolla ölkəyə çoxlu mobil telefon gətirmək istəyən şəxs saxlanılıb. 

Dövlət Gömrük Komitəsindən qafqazinfo-ya verilən məlumata görə, telefonlar Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasında aşkar edilib.

Rusiya Federasiyası istiqamətindən daxil olan Natiq Əhmədovun idarə etdiyi "Toyota Corolla" markalı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomaşının salonunda gömrük nəzarətindən gizlədilmiş 35 ədəd "İphone 6" markalı mobil telefon aşkar edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR