"Real" "Qalatasaray"ı Madridə çağırdı

"Real" "Qalatasaray"ı Madridə çağırdı
10:22 7 Avqust 2015
52 İdman
Ölkə mətbuatı
A- A+

"Real" "Qalatasaray"ı Madridə dəvət edib. Fanat.az хəbər verir ki, İstanbul klubu "Bernabeu Kuboku"nda iştirak edəcək.

Belə ki, "Real" hər yay hazırlıq dönəmində sabiq prezidenti Santyaqo Bernabeunun adını daşıyan kubok keçirir. "Kral Klubu" doğma meydanda adlı-sanlı bir klubla qarşılaşır. Bu il "Bernabeu Kuboku"nda "Portu"nun iştirakı nəzərdə tutulsa da, plan dəyişib. Portuqaliya klubunu "Qalatasaray" əvəzləyib. Oyun avqustun 18-də baş tutacaq.

Qeyd edək ki, "Qalatasaray" 2011-ci ildə "Bernabeu Kuboku"nda iştirak edib və "Real"a 1:2 hesabı ilə uduzub. Bundan sonrakı illərdə "Millonarios"u (Kolumbiya) 8:0 və "Əl Sadd"ı (Qətər) 5:0 hesabı ilə yenən Madrid klubu ötən il kuboku təşkil etməmişdi.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-quotqalatasarayquot-madrid-card-t43076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR