x
Loading...

Zaur Svanadze: "Qol vurmaq istəyirdik, amma alınmadı"

Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

İlk oyunda İspaniya "Atletik"inə 2:0 hesabı ilə uduzan təmsilçimiz "İnter" evdə rəqibi ilə qolsuz bərabərə qalaraq, mübarizəni dayandırıb.

Metbuat.az Apasport.az-a istinadən məlumat verir ki, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Bakı klubunun baş məşqçisi Zaur Svanadze bu sözləri deyib:

"Yaxşı oyun göstәrdik. Çox güclü rәqibә qarşı mübarizәyә görә futbolçularıma tәşәkkür edirәm. Artıq fikrimizi çempionat oyunlarına yönәltmәliyik".

Gürcü mütәxәssis komandanın müdafiәdә daha çox oynamasından da danışıb:

"Mәn rәqib mәşqçinin dediklәri ilә razılaşmıram. Biz hücuma da atılırdıq. Qol vurmaq istәyirdik, amma alınmadı. Rәqibin gücü hәr kәsә bәllidi. İstәyirdik ki, cütün taleyini dәyişәk. Mümkün olmadı. Fikrimcә, sona qәdәr döyüşdük".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR