Məşhur müğənni kəndə köçdü

Məşhur müğənni kəndə köçdü
13:51 26 Yanvar 2015
99 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin meqastarı Tarkan İstanbuldan köçür. ANS PRESS-in məlumatına görə, müğənni kənddə yaşayacaq.

Tarkanın Egey sahillərində kənddə yaşama xəyalı gerçək olur. İstanbulda iki evə olan müğənni daima kənd həyatı arzusunda olub.

Onun təbiətin qoynunda olan evləri şəhərdə tikilən 3-cü körpü inşaatı ilə bağlı tikinti sahəsində qalmışdı. Bundan sonra o yeni ev axtarışına başlayıb.

Gözlərdən uzaq və sakit yaşamağı seçən Tarkan Şirincə kəndində istədiyi kimi ferma alıb. Bundan sonra o İstanbula ancaq işləri ilə bağlı olaraq gələcək.

Müğənni artıq Amerika və Almaniyadan gələn dostları üçün yeni evində partilər verməyə başlayıb.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=321897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR