I Avropa Oyunları ilə əlaqədar Azərbaycan gömrükçülərinə treninq keçirilir

13:52 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 13:49 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın digər aidiyyatı orqanları kimi Dövlət Gömrük Komitəsi də bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına ciddi hazırlaşır.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

 

A. Əliyevin sözlərinə görə, bununla bağlı Azərbaycan gömrükçülərinə treninqlər keçirilir.

 

“Artıq Azərbaycanın bütün gömrük idarələri lazımi avadanlıqlarla təmin olunub. Birinci Avropa Oyunları ilə bağlı ölkəyə gələnlərin baqajlarının vaxtında və tez rəsmiləşdirilməsi bizim borcumuzdur. Buna da nail olmağa çalışacağıq”, - deyə komitə sədri bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR