Aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərilir

Aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərilir
11:49 7 Avqust 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi yeni qiymətlərlə bağlı SMS məlumatlandırma kampaniyasına başlayıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının 30 iul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən başlayaraq qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verir.

Lent.az-ın Nazirliyin saytına istinadən xəbərinə görə, bu məqsədlə artıq ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.

Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilmiş qiymətləri tənzimlənmiş 256 dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. Aptek rəhbərlərinə ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmasına dair xəbərdarlıq edilib.

Həmçinin, SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR