x
Loading...

Nənə toyda nəvəsinin rəfiqəsi oldu - FOTO

Nənə toyda nəvəsinin rəfiqəsi oldu - FOTO
10:57 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

"Hər qadın özünü hansı yaşda hiss edirsə, elə o yaşdadır. Mənsə, şükür Tanrıya, özümü əldən düşmüş insan saymıram. Nə olsun ki, qocayam - ruhum ki, qocalmayıb..."

89 yaşlı Betti Qovern belə deyib və nəvəsinin toyunda onun rəfiqəsi olub.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya ştatındakı Plimut şəhərinin sakini Kristina Kuinnlə sevgilisi Patrik Kuinnin toylarında bir rəfiqə çox qoca idi.

O, Kristinanın nənəsi, "Nana Betti" kimi tanınan 89 yaşlı Betti Qovern idi.
Bettinin dediyinə görə, rəfiqə olmağı ondan nəvəsi xahiş edib.

"Kristinanın bu xahişi əvvəlcə məni təəccübləndirdi. Ona söylədim ki, ay şirin-şəkər nəvəm, sənin soldışların gənc və gözəl rəfiqələrindir, onların arasında niyə mən olmalıyam ki... Amma Kristina əl çəkmədi, azı 10 dəfə xahiş etdi. Razılaşdım. Peşman da deyiləm. Özümü cavan hiss edirəm və cavanlarla birlikdə olanda sanki daha da gəncləşirəm", - Nana Betti söyləyib.

Toyda gəlinin rəfiqələri arasında onun qoca nənəsini görənlər xeyli şənləniblər.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR