Gənc Tamaşaçılar Teatrında premyera oldu - fotolar

Gənc Tamaşaçılar Teatrında premyera oldu -  fotolar
13:56 26 Yanvar 2015
115 Şou
Ölkə mətbuatı
A- A+

Gənc Tamaşaçılar Teatrında ingilis dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunan  “III Riçard” tamaşasının premyerası olub.

Axşam.az xəbər verir ki, uzun illər Azərbaycan teatrında səhnələşdirilməyən tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Təhminə Məmmədova, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov və başqaları ifa ediblər.

Tamaşa vicdan hissindən məhrum olunmuş, taxta-taca sahib olmaq üçün doğmalarını bələ öldürtməkdən çəkinməyən, cinayətləri ilə ad çıxaran, səhnəyə gah Stalin, gah Beriya, gah da Hitler kimi çıxan qozbel və qolu iflic olan III Riçardın hərisliyindən bəhs edir.   

Tamaşadan sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov səhnəyə çıxaraq bütün kollektivi yeni premyera, tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovanı isə anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik edib.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR