x
Loading...

Ermənilərin pilotsuz blefləri - FOTO

Ermənilərin pilotsuz blefləri - FOTO
11:05 7 Avqust 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarabağda pilotsuz müharibə getməsi artıq bir neçə gündür ki, gündəmdədir. Azərbaycanın Müdafiə Nazirliyi də ermənilərə məxsus vurulmuş pilotsuz aparatların görüntülərini yayımlayıb.

Bu cür texnologiyalardan istifadə özlüyündə sübuta yetirir ki, Qarabağda yeni müharibə başlayarsa, artıq Ağdam ustalarının kustar üsulla hazırladıqları silahlardan deyil, ən yüksək texnologiyalardan istifadə ediləcək.

Azərbaycan son illər yüksək texnologiyalar sahəsində xeyli uğurlu addımlar atıb. Kosmosa peykimiz çıxıb ki, həmin peyk sayəsində düşmənin nəzarətində olan əraziləri izləmək, onların hərəkətlərini müəyyənləşdirmək olar. Bununla belə ermənilər üzərində tam üstünlüyə sahibik demək ən azı sadəlöhvlük olardı. İlk növbədə ona görə ki, düşmənin heç vaxt zəif olduğunu düşünmək olmaz. İstənilən sahədə rəqibini zəif hesab edənlər məğlub olurlar. Ona görə də biz düşmənimizin iqtisadiyyatının çökdüyünü, zəif düşdüyünü əsas gətirərək arxayınlaşmamalıyıq.

Digər tərəfdən, Ermənistan, ola bilər ki, iqtisadi cəhətdən bizdən xeyli geridə qalıb. Bizim təkcə hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən qat-qat böyükdür. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya öz hərbi müttəfiqi olan Ermənistanı bütün texnologiyalarla təmin edir. Azərbaycan öz halal pulları hesabına ordusunu qüdrətləndirdiyi halda, Ermənistana bütün silahlar və texnologiyalar peşkəş edilir. Rusiya diplomatları, Azərbaycanı da yaxın tərəfdaş və dost gördüklərini desələr də, reallıq fərqlidir. Diplomatiyanın dili belədir. Diplomat həqiqətləri söyləmək üçün deyil, gizlətmək üçün danışır. Ona görə də növbəti müharibədə ermənilərin Rusiyadan yardım almayacaqlarını demək ən azı sadəlöhvlük olardı.

Ermənilərin istinad etdikləri başqa bir məsələ isə xristian dünyasıdır. Dünyada xristianlığı ilk qəbul etmiş xalq olduqlarını iddia edərək hər zaman bu dinin mənsublarından kömək umurlar. Bəzi hallarda da dəstək görürlər. Bunu həm Türkiyəyə, həm də Azərbaycana münasibətdə görmək olar. Onlar özlərini islam dünyası ilə xristianlığın sərhədindəki son istinad kimi təqdim edirlər. Azərbaycan, Türkiyə və İranın əhatəsində olan Ermənistanın məğlubiyyətinin bütün xristianlığın məğlubiyyəti olacağı kimi qələmə verirlər. Qərblilərin dini hisslərinə toxunaraq dəstək ala bilirlər.

Bütün bu faktların hamısını nəzərə almaq lazımdır. Hazırkı pilotsuz müharibədə isə çox qəribə bir mənzərə ortaya çıxır. Ermənistanın kəşfiyyat aparmaq üçün göndərdiyi pilotsuz uçan aparatlar çox gülməli görünür. Azərbaycan ən yüksək texnologiyalarla hazırlanmış pilotsuz uçan aparatlardan istifadə etdiyi halda, Ermənistan İnternetdəki alış-veriş portallarında satılan sadə dron aparatlardan yararlanır. Bu görüntü aldadıcı ola bilər. Bəlkə də, düşmən əsas silahını gizlətmək üçün belə oyuncaqları bizim tərəfə göndərir. Ona görə də düşmənin hiyləsinə inanmayaq, cənablar.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/361381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR