Azərbaycanda orta məktəblərdə də məktəbəqədər hazırlıq təşkil olunacaq

13:57 26 Yanvar 2015
449 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 13:53 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda məktəbəqədər hazırlıq bilavasitə məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də təşkil olunacaq.

 

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib ki, bu istiqamətdə də işlər görüləcək.

 

Onun sözlərinə görə, məktəbə hazırlıq çox vacib məsələdir və Dövlət Strategiyasında da bu məsələ nəzərdə tutulub. A.Əhmədov qeyd edib ki, bir qayda olaraq uşaqların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir: “Ancaq nəzərdə tutulur ki, məktəbəqədər hazırlıq məktəbəqədər hazırlıq müəssisələri ilə yanaşı, məktəblərin özlərində də təşkil olunsun. Bu, uşaqların məktəbəhazırlıqla əhatə olunmasına daha məhsuldar şərait yarada bilər. Bu ildən Bakının seçilmiş 89 pilot məktəbində məktəbə hazırlıq qrupları yaradılıb. Bunların tədris planı, təhsil proqramları hazırlanıb və təsdiq olunub. Gələcəkdə təbii ki, bu şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. Amma eyni zamanda bir cəhəti də nəzərə almaq lazımdır ki, hər hansı bir məsələnin tam həllinə keçməzdən əvvəl mövcud şərait təhlil olunmalıdır. Belə ki, əhalinin ehtiyacı, xüsusilə kənd yerlərində, müəyyən yaşayış məntəqələrində məktəb yaşlı uşaqları sayı, müəssisələrin infrastrukturu nəzərə alınmaqla məsələni həll etmək lazımdır. Sözsüz ki, biz buna başlamışıqsa, hazırda mövcud olan məktəbəqədər təhsil müəssisələrin heç də hamısında məktəbəqədər hazırlıq qrupları yoxdur. Bu müəyyən şəraitlə əlaqədardır. Ancaq bunu məktəblərdə təşkil etmək yaxşıdır. Nəzərə alsaq ki, ölkə ərazisinin bir çox hissələrində, yaşayış məntəqələrində məktəbəqədər hazırlıq müəssisəsi yoxdur, onda bu işin nə qədər çətin olduğu məlum olur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR