Dağlıq Qarabağla bağlı xain plan hazırlanıb

Dağlıq Qarabağla bağlı xain plan hazırlanıb
12:12 7 Avqust 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistandakı iqtisadi böhran Dağlıq Qarabağdakı separatçı rejimi də dalana dirəyib. Hər il 40 mindən çox erməninin tərk etdiyi Ermənistan bunu suriyalılarla kompensasiya etmək istəyir.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, Türkiyənin "Aydınlıq" qəzetinin yazdığına görə, dörd ildən bəri Suriyadan qaçan ermənilər və yezidi kürdlər Ermənistanda və Dağlıq Qarabağda yerləşdirilirlər. Qarabağda illərdən bəri boş qalan torpaqlarda yaşamağa erməni tapa bilməyənlər yezidi və PKK-lı kürdlər vasitəsilə "bufer bölgə" yaratmaq istəyirlər.

Qəzet qeyd edir ki, Qafqaz acısından ciddi təhlükə olan bu separatçı "kürd köçü" sadəcə Azərbaycana deyil, İran və Türkiyə üçün də təhdid ünsürüdür.

Belə ki, PKK həmişə cənub-şərqdə Türkiyəni narahat edirdi. Bu dəfə isə Kandil üçün Ağrı dağında alternativ cəbhə yaratmaq niyyətindədir. Bir ayağı Ermənistanda olan terror təşkilatı Naxçıvan ilə sərhədi ciddi təhdid etməklə yanaşı, Dağlıq Qarabağda "Qırmızı Kürdüstan"ı elan edərək, erməni separatçıları ilə birlikdə regiona yayılmaq istəyir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/361379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR