"Ayaks"la "Borussiya" Bakıya gələcək?

"Ayaks"la "Borussiya" Bakıya gələcək?
12:12 7 Avqust 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində rəqibləri bu gün bilinəcək

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Püşkatma mərasimdə 44 komanda iştirak edəcək. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olacaq.

Azərbaycanı bu mərhələdə iki komanda - "Qarabağ" və "Qəbələ" təmsil edəcək. "Qəbələ" "Apollon" səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Seltik"ə uduzan "Qarabağ" da mübarizəni pley-off mərhələsində davam etdirəcək.

Hər iki komandamız püşk zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da təmsilçilərimizi nisbətən güclü rəqiblərlə üz-üzə qoyacaq.

Artıq "Qarabağ"ın beş, "Qəbələ"nin isə altı potensial rəqibi bilinib. Bunlar aşağıdakılardır:

"Qarabağ":

"Ayaks" (Hollandiya)

PAOK (Yunanıstan)

"Yanq Boyz" (İsveçrə)

"Standard (Belçika)

"Sent-Etyen" (Fransa)

"Qəbələ":

"Borussiya" (Dortmund, Almaniya)

"Alkmaar" (Hollandiya)

"Sparta" (Çexiya)

"Panatinaikos" (Yunanıstan)

"Sauthempton" (İngiltərə)

"Krasnodar" (Rusiya)

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR