Avrasiya Universitetlər Birliyinin prezidenti Xəzər Universitetində olub

Avrasiya Universitetlər Birliyinin prezidenti Xəzər Universitetində olub
12:13 7 Avqust 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC 
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydınla görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə professor H.İsaxanlı qonağa rəhbərli etdiyi ali məktəbin fəaliyyətindən, beynəlxalq əlaqələrindən və qazandığı uğurlardan danışıb.
Professor M.Aydın rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 2008-ci ildə İstanbulda təsis edilən EURAS Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti özündə birləşdirir.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avrasiya_Universitetler_Birliyinin_prezidenti_Xezer_Universitetinde_olub-876004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR