DİN alimin ölümü ilə bağlı məlumat yaydı

DİN alimin ölümü ilə bağlı məlumat yaydı
12:14 7 Avqust 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 6-da saat 16 radələrində Yasamal rayonunun H.Cavid prospektində Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, S.Seyidrzayeva AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, alim olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR