Siyasətçinin maşınını taladılar

Siyasətçinin maşınını taladılar
11:17 7 Avqust 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, hazırda millət vəkili olan Dəniz Baykalın avtomobili qarət edilib.

APA-nın xəbərinə görə, hadisə Antalyanın Muradpaşa rayonunda qeydə alınıb. Səhər saatlarında həyat yoldaşı Olcay Baykalla birlikdə çimərliyə gedən Dəniz Baykal özü idarə etdiyi avtomobilini "Beach Park"ın avtodayanacağında saxlayaraq, dənizə girib.
 
2 saata yaxın dənizdə qalan cütlük evə qayıdarkən yolda pul qabı və telefonlarını oğurlandığını görüb. Onlar dərhal polisə xəbər veriblər. Dəniz Baykal: "Polis araşdırma aparır, üzərimizdə çox pul yox idi, amma telefonumun getməsi çox pis oldu", - bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR