İyulda nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2 faiz ucuzlaşıb

İyulda nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2 faiz ucuzlaşıb
12:18 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
İyulda nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2 faiz, sərnişindaşıma tarifləri isə 1,5 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, keçən ay hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3 faiz, digər xarici ölkələr üzrə 4,8 faiz ucuzlaşıb. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ötən ay dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2 faiz ucuzlaşıb,
yükdaşıma tarifləri isə sabit qalıb. Dəniz nəqliyyatında isə MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.
İyulda boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2 faiz ucuzlaşıb, qazın nəql olunma
tarifi isə 0,1 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə edilməyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iyulda_neqliyyat_sektorunda_yukdasima_tarifleri_22_faiz_ucuzlasib-876008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR