Müğənni Gülay Zeynallı mahnılarından bəhs edib.
Axşam.az-ın məlumatına görə, ifaçı öz bəyəndiyi bəstələri səsləndirdiyini bildirib:
“Mahnını alanda fikirləşmirəm ki, bu seviləcək, ya yox. Əsas müğənni bəyənsin və ürəklə oxusun. Bir də mahnıda sözlər gözəl olmalıdır. Sənətçi bəyənəndən sonra dinləyiciyə də sevgi ilə çatdıracaq. Mahnı ifa edən insanın özünə uyğun olmalıdır. Bəstəni oxuyandan sonra onu reklam etməlisən. Əgər sevmədiyin bir mahnını oxusan, dinləyici qəbul etməyəcək. Reklamı dayanan, uğursuz mahnı tez unudulur”.
G.Zeynallı solo konsertə hazırlaşdığını da bildirib:
“Hara gedirəm solo konsertlə bağlı sual verirlər. Məclislərdə insanlar yaxınlaşıb deyir ki, “Niyə konsert vermirsən?”. Mən konsertimi yüksək səviyyədə təşkil etmək istəyirəm. Buna da yüksək vəsait lazımdır. Yüz faiz tezliklə konsertim olacaq”.