x
Loading...

Bakıdakı pedofillə bağlı - RƏSMİ AÇIQLAMA

Bakıdakı pedofillə bağlı - RƏSMİ AÇIQLAMA
11:47 7 Avqust 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə Bakıda pedofil (azyaşlı uşaqlara cinsi təcavüz edən şəxs) peyda olması barədə məlumatlar yayılıb. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Facebook və digər sosial şəbəkələrdə həmin şəxsin görüntüsü də paylaşılıb.

Yayılan məlumatlarda bildirilir ki, həmin şəxs hazırda azadlıqdadır. Valideynlərə son dərəcə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hələlik həmin şəxslə bağlı onlara hər hansı bir şikayət daxil olmayıb. Əgər belə hal baş verərsə, polis mütləq cinayətkarı yaxalayacaq.

"Əgər kimsə deyilən şəxsin əməlindən zərər çəkərsə, hüquq-mühafizə orqanlarına müraciət etsin. Hər hansı cinayət və cinayətkar barədə məlumatı olan şəxslər mütləq nazirliyin "102" saylı telefonuna və yerli polis orqanlarına müraciət etməlidirlər. Yalnız bundan sonra polis hərəkətə keçəcək", - deyə nazirlikdən bildirilib.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR