Prezident saqqız çeynədi, ara qarışdı

14:06 26 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama rəsmi tədbir zamanı yenə tənqid hədəfinə çevrilib. ANS PRESS-in məlumatına görə, Amerikanın dövvlət başçısı Hindistanda Respublika günü ilə bağlı keçirilən parada qatılıb.

Onun parad zamanı saqqız çeynəməsi jurnalistlərin diqqətindən qaçmayıb.

Parad zamanı Obama Hindistanın baş naziri Narendr Modinin yanında əyləşib. Baş nazir nə isə danışarkən Obama saqqızını ağzından çıxarıb, sonra isə yenidən ağzına qoyaraq çeynəməyə başlayıb.

Onun digər yanında isə həyat yoldaşı Mişel Obama olub.

Amerikalı jurnalistlərin təxminlərinə görə, Obama nikotin asıllığından qurtulmaq üçün xüsusi saqqız çeynəyir. Hələ noyabr ayında "Washington Post" saqqızın prezident üçün həzz yox, məcburiyyət olduğunu yazmışdı.

İnternet istifadəçiləri tərəfindən prezidentin bu addımı birmənalı qarşılanmayıb. Onlar Obamanı kobudluqda və qeyri peşəkarlıqda ittiham ediblər. Hindliləri əsas narahat edən fakt isə Obamanın Hindistan himninin ifası zamanı saqqız çeynəməsi olub.

Xatırladaq ki, 2014-cü ilin iyun ayında da Obama Normandiya ilə bağlı keçirilən mərasimə ağzında saqqızla qatılmışdı. İnternet istifadəçiləri Obamanın bu hərəkətini vulqar və biabırçı adlandırmışdılar.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR