Onları tanıyın: Azərbaycanın tamahkar və qatil qadınları

Onları tanıyın: Azərbaycanın tamahkar və qatil qadınları
13:22 7 Avqust 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər portallarında, demək olar ki, hər gün cinayət hadisələri haqda oxuyuruq. Cinayət törədənlərin əksəriyyəti kişilərdir.

Milli.Az femida.az-a istinadən bildirir ki, bu gün Azərbaycanda qadınlar tərəfindən törədilmiş cinayətlər və onların statistikası maraqlıdır.

İlk olaraq ölkəmizdə böyük səs-küy yaradan, qadınlar tərəfindən törədilən cinayətlərə nəzər salaq. Belə qətllərdən biri nəvəsini və gəlinini amansızlıqla qətlə yetirən Şərqiyyə Hüseynovanın törətdiyi cinayət oldu. Hadisə 10 dekabr 2014-cü il tarixdə Qum adası Zeytun bağları adlanan ərazidə baş vermişdi. Oğlu işdə olan zaman Şərqiyyə Hüseynova həyətdə gəlini 1994-cü il təvəllüdlü Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə zamanı qaynana gəlininə hücum edərək onu itələyib. 

Daha sonra yerdən daş parçası götürərək gəlinin gicgahından bir neçə zərbə vurub. Elnarə Nəcəfova aldığı zərbələrdən ölüb. Şərqiyyə Hüseynova daha sonra evə girib və Elnarə Nəcəfovanın qızı, nəvəsi 6 aylıq Emilyanı boğaraq öldürüb. Bu hadisə ölkədə ən çox müzakirə olunan və qınağa səbəb olan qətllər sırasında dayanır. 

Qadın tərəfindən törədilmiş digər qətl hadisəsi 2014-cü ilin yanvar ayında Xaçmazda baş verib. 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub. Bünyat Seyidov öldürüldükdən sonra xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Cinayətin üstü 2015-ci ilin mart ayında açılıb. Buna qədər qadın ərinin Moskvaya işləməyə getdiyini deyərək, izi itirməyə çalışmışdı.

Növbəti cinayətkar qadın öz doğma övladlarını qətlə yetirən amansız anadır. Hadisə 6 iyun 2015- ci il tarixdə Bakının Sabunçu rayonunda saat 20:30-da Albalı bağ massivində 27 yaşlı ana iki övladını öldürüb, özünə də intihar məqsədilə xəsarət yetirib. Belə ki, İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğazını kəsərək öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib. Qadın məktubunda həyatından bezdiyini yazıb: "Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm". Hadisəni törədən ana həbs edilib. 

Qadınların törətdiyi bu cür dəhşətli cinayət hadisələrinə nümunələr yetərincədir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ildə Azərbaycanda cinayət törətmiş qadınların sayı, 971 nəfər olub. Statistik məlumata görə, cinayət törədən qadınların 4 nəfəri 14-15 yaşlarında olan uşaqlardı. 2014-cü il ərzində dəhşətli qətl törədən azyaşlı uşaqların sayı 12 nəfər olub. Araşdırmalar zaman məlum oldu ki, bu yaş qrupunda cinayət törədənlər qız uşaqları gərgin vəziyyətdə bunu törədiblər. Dəhşətli faktlardan biri də keçən il ərzində cinayət törədən qadınların 237 nəfəri 18-29 yaş aralığında olanlar təşkil edir.Onlardan əksəriyyəti özlərini təcavüzdən qorumaq məqsədi ilə cinayətə əl atıblar.


Digər bir qismini isə tamah məqsədi ilə törədilən cinayətlər təşkil edir. 
Araşdırma apardığımız zaman dəhşətli fakt Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi saytında axtarışda olan qadınların hansı maddə ilə ittiham olunması məsələsidir. Belə ki, polis tərəfindən axtarılan qadınların əkəsiyyəti Cinayət Məcəlləsinin 144-cü maddəsi (Adam oğurluğu, insan alveri), 243- cü maddə (fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olanlardı. Bu istiqamətdə dövlətin apardığı uğurlu işlərə baxmayaraq, bu gün problem aktual olaraq qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR