"Qəbələ"dən sıçrayış

"Qəbələ"dən sıçrayış
13:27 7 Avqust 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

Avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA klubların reytinq siyahlısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 456 klubun yer aldığı siyahıda Azərbaycanı 7 komanda təmsil edir.

Klublarımız arasında ən yaxşı nəticə "Qarabağ"a məxsusdur. Hesabına 0,100 xal əlavə edən ağdamlılar aktivini 11,475-ə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 1 pillə geriləyərək, 133-cü yerə düşüb.
 
Mübarizəni dayandırmasına baxmayaraq, aktivinə 0,100 xal yazılan "Neftçi" 9,425 xalla 160-cı yerdəki mövqeyini qoruyub. Xal hesabını eyni qədər artırıb 5,075-ə çatdıran "İnter" bir addım irəliləyib və 253-cü yerə yüksəlib.
 
Digər klublarımızdan çox - 0,600 xal əldə edən "Qəbələ" əmsalını 4,325-ə çatdırıb. Bununla da "qırmızı-qaralar" 21 pillə irəliləyib. Sıçrayışa komandanın Avropa Liqasının III təsnifat mərhələsində Kipr "Apollon"unu mübarizədən kənarlaşdırması səbəb olub - 1:1, 1:0.
 
Digər üç komandamız cari mövsüm avrokuboklarda iştirak etməsə də, ölkəmizin reytinqi qalxdığından 0,100 xal əldə edib. 2 pillə geriləyən "Xəzər Lənkəran" (4,075) 292-cı pilləyə düşüb. Hərəyə 2 pillə irəliləyən "Bakı" və AZAL (hər ikisi 2,825) 349-cu yerə şərikdi.
 
Qeyd edək ki, siyahıya 142,857 xalı olan İspaniya "Real"ı başçılıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR