Bakıdakı məktəbdə quldurluq edən şəxs tutulub

14:07 26 Yanvar 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 14:04 ]


Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində quldurluq edən şəxs saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də Bakı şəhər sakini Elşən İsmayılov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyərək 5 manatını aldığını bildirib.

 

35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb. Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR