Azərbaycan – İran sərhədində ATIŞMA

Azərbaycan – İran sərhədində ATIŞMA
13:39 7 Avqust 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İranla sərhədində silahlı insident olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı bir qrup şəxsin sərhədi qanunsuz keçməsi faktı aşkarlanıb. İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR