Qar tufanı ABŞ-ı sarsıdır

Qar tufanı ABŞ-ı sarsıdır
14:11 26 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın aviaşirkətləri ölkənin şimal-şərq sahilinə doğru güclü qar tufanının yaxınlaşmasına görə mindən çox hava reysini ləğv edib.

ANS PRESS-in məlumatına görə, Amerikanın hava nəqliyyatı şirkətləri bu gün 1,4 mindən çox reysi təxirə salıb. Belə ki, "Delta Air Lines" 600 reysi, "JetBlue Airways" 280 reysi, "Southwest Airlines" 130-dan çox reysi ləğv edib.

Aviaşirkətlər həmçinin həftənin 2-ci gününə 1013 reysin ləğv olunduğunu da elan edib. Şirkət nümayəndələri deyiblər ki, biz bu rəqəmin növbəti günlərdə əhəmiyyətli dərəcədə artacağını gözləyirik. Çünki ölkənin şimal-şərqində vəziyyət ürəkaçan deyil.

ABŞ-ın Milli Meteoroloji Xidməti xəbərdarlıq edib ki, yaxın vaxtlarda ölkənin şimal-şərq sahilində təqribən 90 santimetr qar düşə bilər. Beləliklə, qar tufanı Nyu-Yorkun tarixində ən güclü ola bilər. 2006-cı ilin fevralında qeydə alınmış 70 santimetrlik qar düşməsi rekord sayılırdı.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR