Nazirlikdən Qurban bayramı açıqlaması

Nazirlikdən Qurban bayramı açıqlaması
13:52 7 Avqust 2015
130 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanda Qurban bayramı ərəfəsində kifayət qədər mal-qara olacaq. Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib: "Çünki həmin dövrdə bazar geniş olduğundan sahibkarlar iri və xırdabuynuzlu heyvanları saxlayıb qurban mövsümünə çıxarmağa adət ediblər".

Şöbə müdiri bayramda hər hansı bir sıxıntı gözləmədiyini deyib.
Bayramda qiymətlərə gəlincə isə Q.Əbdüləliyev qiymətlərin bir qayda olaraq bazar tərəfindən tənzimlədiyini qeyd edib.

"Kənd Təsərrüfatı Nazirliyi olaraq qiymətlərə müdaxilə etmək üçün heç bir inzibati vasitə yoxdur. Hesab edirəm ki, sadəcə bolluq yaratmaq və keyfiyyətə nəzarət etməklə qiymətləri tənzimləmək olar", - deyə Q.Əbdüləliyev söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/361411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR