Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb
13:53 7 Avqust 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC 
Avqustun 7-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 55 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 10,5 kubmetr təşkil edib.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 333, Şirvanda 175, Salyanda 120, Bankədə 193, Novruzlu məntəqəsində isə 53 santimetrdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHaylarda_suyun_seviyyesi_azalib-876035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR