Günvurmanın qarşısını alan çay

Günvurmanın qarşısını alan çay
13:57 7 Avqust 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bu günlərdə günvurma diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı artıb. Yay aylarında bu cür faktların artmasında, bəlkə də, qeyri-adi heç nə yoxdur. Lakin bu problemlə qarşılaşmamaq üçün bir çarə var! Belə ki, türkiyəli diyetoloq Alev Erkan günvurmanın qarşısını almaq üçün xüsusi çay resepti verib. Milli.Az publika.az-a istinadən həmin resepti təqdim edir.

Bu çay, xüsusən, çimərlikdə istirahət edənlər üçün göydəndüşmə olacaq. Dənizdə üzəndən sonra yaranan halsızlığın, yaxud həddən artıq günəşin altında qalmağın səbəb olduğu hər hansı problemin qarşısını məhz bu çay alacaq.
 
Tərkibi:
 
3 qaşıq probiotik yoqurt
10-12 ədəd böyürtkən
1 stəkan dəmlənmiş ağ çay
buz
 
Hazırlanması:
 
Bütün məhsulları blenderdan keçirib üzərinə istədiyiniz qədər buz əlavə edin. Çayı şüşə qabda saxlayın. Mini-soyuducudan istifadə edərək soyuq qalmasını təmin edin. Çayı üzdükdən yarım saat sonra içməlisiniz. Çayın tərkibindəki yoqurt orqanizmi zülalla təmin edərək üzərkən yorulan əzələlərin bərkiməsinə səbəb olacaq. Üstəlik, enerji verərək yorğunluğun, halsızlığın qarşısını alacaq. Çayın tərkibindəki böyürtkən və ağ çay isə hüceyrələri günəşin zərərli şüalarından qoruyacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/361412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR