x
Loading...

“Böyük-Şor” adlandırılan sahədə geniş abadlıq işləri aparılıb

“Böyük-Şor” adlandırılan sahədə geniş abadlıq işləri aparılıb
13:08 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC 
Sabunçu rayonu ərazisində yerləşən “Böyük-Şor” adlandırılan sahədə geniş abadlıq işləri aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, A.Əsədullayev, Bakıxanov qəsəbəsinin B.Bünyadov küçələrində plansız inşa edilmiş evlər sökülərək, sakinlərə müəyyən edilmiş qaydada kompensasiya ödənilib. Həmin ərazidə 30 min kvadratmetr sahəyə yaşıl örtük (qazon) salınıb.
Qəsəbənin Heydər Əliyev prospekti istiqamətində A.Əsədullayev küçəsi boyu yolların kənarına daşdan hasar çəkilib və müasir memarlıq üslubunda üzlənilib. Həmin ərazilərdə torpaq aqrotexniki qaydada işlənərək, həmişəyaşıl ağaclar əkilib və yaşıllıq zolaqları salınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_Sor_adlandirilan_sahede_genis_abadliq_isleri_aparilib-876043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR