"Səs Azərbaycan" şousu başlandl

"Səs Azərbaycan" şousu başlandl
14:12 7 Avqust 2015
572 Digər
Ölkə mətbuatı
A- A+

AzTV-də "Səs Azərbaycan" musiqi yarışının seçim turları başlayıb.

Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər www.aztv.az saytında yaradılmış xüsusi bölmədə qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilərlər. Bundan başqa, "Səs Azərbaycan" layihəsinə qatılmaq və əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xətti də mövcuddur.
 
Qeyd edək ki, indiyə qədər "The Voice" dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub. Milyonlarla tamaşaçı olan bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR