​Rusiyada dollar 70 rubla qədər bahalaşacaq

​Rusiyada dollar 70 rubla qədər bahalaşacaq
14:12 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti hazırkı səviyyədən 40 dollar/barelə qədər enəcəyi təqdirdə, Rusiyada dolların məzənnəsi 70 RUB/USD-yə qədər yüksələ bilər. Qeyd edək ki, hazırda neftin qiyməti 49-50 dollar/barel diapazonunda dəyişir. Moskva Banklararası Valyuta Birjasında dolların məzənnəsi isə ötən gün artıq 64 rubl həddini keçsə də, hazırda sövdələşmələr 63,8 RUB/USD ilə aparılır.
"Report" xəbər verir ki, "RaiffeisenCapital" investisiya şirkətinin İnvestisiyaların idarəedilməsi Departamentinin rəhbəri Vladimir Vedeneyev bildirib ki, bu rübün sonuna qədər neftin qiyməti 45 dollar/barelə qədər enə bilər. "Kapital" investisiya fondunun baş iqtisadçısı Yevgeni Nadorşin isə qiymətlərin daha da aşağı, 40 dollar/barelə qədər enəcəyini proqnozlaşdırır. Hər iki mütəxəssis belə olduğu təqdirdə dolların məzənnəsinin 70 rubl həddini keçəcəyini vurğulayır.
"Alfa-Bank"ın baş iqtisadçısı Natalya Orlova isə Çin iqtisadiyyatının yavaşlamasının neft qiymətlərinə mənfi təsir göstərəcəyini bildirib. N.Orlova neft qiymətlərinin təzyiq altında olması səbəbindən avqust-sentyabr aylarının Rusiya iqtisadiyyatı üçün çətin keçəcəyini əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rusiyada-dollar-70-rubla-qeder-bahalasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR