Xaçmazlı təsərrüfatçılar fındıq bağlarından məhsul yığımına başlayıblar

Xaçmazlı təsərrüfatçılar fındıq bağlarından məhsul yığımına başlayıblar
14:53 7 Avqust 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 7 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən etibarən fındıq bağlarından məhsul yığımına başlayıblar.
AZƏRTAC xəbər verir ki, rayonda fındıq yığımı avqustun sonunadək davam edir. Ancaq məhsulu itkisiz toplamaq üçün yığımı ayın ikinci ongünlüyünədək yekunlaşdırmaq məqsədəuygun sayılır. Təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu bildirirlər.
Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarında saxlayırlar. Məhsul əsasən yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Qeyd edək ki, fındıq istehsalı Xaçmaz rayonunun iqtisadiyyatında mühüm rol oynayır. Rayonda, ümumilikdə 3 min 763 hektar fındıq
bağı mövcuddur. Bu bağlardan 2 min 600 hektara yaxını bar verir. Ötən il Xaçmazın fındıq bağlarından 2 min 726 ton məhsul əldə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazli_teserrufatchilar_findiq_baglarindan_mehsul_yigimina_baslayiblar-876052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR