Dərbənd Azərbaycan Dövlət Dram Teatrı "İNKUMU-2015" teatr festivalında iştirak edib

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı "İNKUMU-2015" teatr festivalında iştirak edib
15:03 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Bartın şəhərində keçirilən "İNKUMU-2015" teatr festivalında iştirak edib.
AZƏRTAC xəbər verir ki, müxtəlif teatrlardan ibarət 17 qrup və ümumilikdə 82 nəfər teatr əməkdaşının qatıldığı festivalda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Yadulla Haşimov Türkiyəli həmkarı Rasim Aşınla "Qonşu teatrlar" adı altında seminar keçirib. Aktyor və rejissor sənəti üzrə ustad dərsləri keçən teatrın baş rejissoru Toğrul Kamalov tamaşaçılar qarşısında iki kiçik səhnə əsəri ilə çıxış edib. Çıxışlar tamaşaçılar və festival iştirakçıları tərəfindən maraqla qarşılanaraq yüksək qiymətləndirilib.
Qeyd edək ki, teatr bir sıra beynəlxalq festivallara dəvət alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Derbend_Azerbaycan_Dovlet_Dram_Teatri__quotINKUMU_2015_quot_teatr_festivalinda_istirak_edib-876054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR