“Neft Daşları” yatağında daha bir quyu istismara verilib

“Neft Daşları” yatağında daha bir quyu istismara verilib
15:08 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
“Neft Daşları” yatağındakı 2595 nömrəli stasionar dəniz özülündə 2585 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib və 2264-2249 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neft_Daslari_yataginda_daha_bir_quyu_istismara_verilib-876059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR