x
Loading...

Biləsuvar və Şabran rayonlarının daha iki kəndinə ilk dəfə təbii qaz verilib

Biləsuvar və Şabran rayonlarının daha iki kəndinə ilk dəfə təbii qaz verilib
14:08 7 Avqust 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də Biləsuvar rayonunun Səmədabad və Şabran rayonunun Sumağa kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 463 abonenti olan Səmədabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 min 429 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 463 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
42 abonenti olan Şabranın Sumağa kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 2 min 825 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilesuvar_ve_Sabran_rayonlarinin_daha_iki_kendine_ilk_defe_tebii_qaz_verilib-876057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR