600 və daha çox bal toplamış abituriyentlərin NƏZƏRİNƏ

600 və daha çox bal toplamış abituriyentlərin NƏZƏRİNƏ
15:09 7 Avqust 2015
164 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarda 600 və daha çox bal toplamış abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il də dərc edilən “Abituriyent” jurnalının 11-ci sayını qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr edilib.  Jurnalda prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilir.

Həmin gənclərin təbliği, təcrübələrinin öyrənilməsi, onların bu nailiyyətinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu amilləri nəzərə alaraq TQDK bu il də “Abituriyent” jurnalının ənənəvi 11-ci sayında yüksək bal toplamış abituriyentlərdən bəhs edəcək. Bu məqsədlə cari ildə 600 və daha çox bal toplayan abituriyentlərdən xahiş olunur ki, http://abiturient.az/600bal/ linkində təqdim olunmuş anket sorğusunu doldursunlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR