Arxeoloji layihələr nəticəsində tapılan nümunələr Türk Tarixi Muzeyinə təhvil veriləcək

Arxeoloji layihələr nəticəsində tapılan nümunələr Türk Tarixi Muzeyinə təhvil veriləcək
15:18 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Astanada fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazax Altay tarixini öyrənmək istiqamətində arxeoloji ekspedisiyalar davam edir. Bu il başlanan növbəti kompleks ekspedisiya Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda davam edir.
AZƏRTAC xəbər verir ki, akademiyanın əsas işləri tarixi və mədəniyyət abidəsi olan Karakoba məzarlığında cəmlənib. Bu abidə dəniz səviyyəsindən 1200 metr yüksəklikdə olmaqla türk mədəniyyəti və tarixinin nadir incisi sayılan Qazaxıstan Altaylarında yerləşir. Elmi və ictimai həyatında Altay təkcə türk xalqlarının "qızıl beşiyi" kimi tanınmır, o, həm də daha çox ərazinin məişətinin və genezisinin məkanı kimi bəllidir. Ötən il aparılan tədqiqatlar zamanı naməlum türk hərbçisinin qəbrinin (VI-VIII əsrlər) aşkarlanması tarix elmi üçün mühüm nailiyyət oldu. Qəbirdə dövrün məişət və musiqi aləti də tapılmışdı.
Bu il Beynəlxalq Türk Akademiyasının ekspedisiyası Karakoba məzarlığında 4 kurqanı açmağı və öyrənməyi planlaşdırır.
Tədqiqatlarda türkoloqlar, arxeoloji qazıntıları müasir texnologiyalarla aparan mütəxəssislər, arxeoloji tapıntıları təcrübəli şəkildə bərpa və konservasiyasını həyata keçirən ekspertlər iştirak edirlər. Qrupun ümumi elmi rəhbəri tarix elmləri doktoru, məşhur alim Z.Samaşevdir. Tapılan nümunələr Türk Tarixi Muzeyinə təhvil veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arxeoloji_layiheler_neticesinde_tapilan_numuneler_Turk_Tarixi_Muzeyine_tehvil_verilecek-876063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR