Güləşçilərimiz fərqləndilər

Güləşçilərimiz fərqləndilər
15:37 7 Avqust 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. 
Milli.Az goal.az-a istinadən bildirir ki, çempionatın ilk iki günündə mübarizə aparan kişi sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal əldə ediblər.

İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıblar. Yarışların üçüncü günündə 38, 43, 49, 56 və 65 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulublar. Güləşçilərimiz dörd çəkidə mübarizə aparıb və günü 1 gümüş və 1 bürünc medalla başa vurublar. Yarışda 38 kiloqram çəki dərəcəsində mübarizə aparan Zemfira Ələkbərli Ukrayna və Rusiyadan olan rəqiblərini üstələyərək finala yüksəliblər. 

Finalda Latviya idmançısına uduzan güləşçimiz Avropa çempionatının gümüş medalına yiyələnib. Turnirdə 43 kiloqram çəki dərəcəsində isə Aynur Camalova Avstriya və Almaniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda rumıniyalı rəqibinə uduzub. Həlledici görüşdə Polşa idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb. Bürünc medal uğrunda görüşə haqq qazanan digər bir idmançımız isə 56 kiloqram çəki dərəcəsində yarışan Şəbnəm Həmidova olub. 

Gürcüstan və İtaliyadan olan rəqiblərini vaxtından əvvəl təmiz qələbə ilə üstələyən güləşçimiz yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşdə Polşa idmançısına məğlub olanda Şəbnəm Həmidova çempionatı 5-ci sırada tamamlayıb.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR