“AtaBank”ın aktivləri 54,8 faiz artıb

“AtaBank”ın aktivləri 54,8 faiz artıb
14:23 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
"AtaBank" ASC-nin 2014-cü ilə maliyyə-təsərrüfat nəticələri uğurlu olub.
Bankdan AzərTAc-a bildiriblər ki, ötən il aktivlərin dinamikasında 54,8 faiz və ya 205,4 milyon manat artım müşahidə olunub. İlin əvvəlində aktivlər 374,9 milyon manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 580,3 milyon manata çatıb.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində artım 91,4 faiz və ya 221 milyon manat olub. İlin əvvəlində kredit portfeli üzrə göstərici 241,7 milyon manat olduğu halda, yekunda bu rəqəm 462,7 milyon manatı ötüb.
Hesabat dövründə bankın ümumi depozit portfeli 60,3 faiz və ya 192,3 milyon manat artaraq 511 milyon manata çatıb. 2014-cü ilin əvvəlinə bu göstərici 318,7 milyon manat təşkil edirdi. Müddətli depozit portfeli isə 244,1 milyon manatdan 197,3 milyon manata çatıb.
İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliyi müvafiq olaraq 2,18 faiz və 23,48 faiz təşkil edib. Bankın bankomatlarının sayı 78, şəbəkəsinə qoşulmuş POS-terminal sayı isə 18 567 ədəd olub. İlin nəticəsinə görə bankın xalis mənfəəti 7,6 milyon manat təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR