Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərin nəzərinə!

Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərin nəzərinə!
15:58 7 Avqust 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər il “Abituriyent” jurnalının 11-ci nömrəsini qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr edir. Jurnalda Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olunduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumat təqdim olunur. Jurnalda, həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, həmin gənclərin təbliği, təcrübələrinin öyrənilməsi, onların bu nailiyyətinin nümunə olaraq təqdim edilməsi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu amilləri nəzərə alaraq TQDK bu il də “Abituriyent” jurnalının ənənəvi 11-ci nömrəsində yüksək bal toplamış abituriyentlərdən bəhs edəcək. Bu məqsədlə cari ildə 600 və daha çox bal toplayan abituriyentlərdən xahiş olunur ki, http://abiturient.az/600bal/ linkində təqdim olunmuş anket sorğusunu doldursunlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ali_tehsil_muessiselerine_kechirilmis_qebul_imtahanlarinda_600_ve_daha_chox_bal_toplamis_abituriyentlerin_nezerine-876068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR