Səlim Müslümov: “Yaxın 3-4 ay ərzində ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin elektron qaydada qəbuluna başlanacaq”

Səlim Müslümov: “Yaxın 3-4 ay ərzində ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin elektron qaydada qəbuluna başlanacaq”
14:26 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri artıq yekunlaşır. Yaxın 3-4 ay ərzində bu yardımlar üçün müraciətlərin elektron qaydada qəbuluna və yardım təyinatlarının avtomatlaşdırılmasına başlanacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən kollegiya iclasında bildirib.
 
Nazirin sözlərinə görə, ölkədə sosial rifah halının yaxşılaşması və dövlət sosial yardım təyinatında ünvanlılığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım alan ailələrin sayı 35,5 faiz azalaraq 92 514-ə enib. Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşayiət olunub.  S.Müslümov ölkə başçısının fərmanının icrası olaraq qısa müddətdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması və tətbiqini hesabat dövrünün mühüm uğurlarından biri kimi dəyərləndirib:
 
“Hazırda bu sistem yalnız əmək hüquqlarının təminatına deyil, ümumən əmək bazarına dövlət tərəfindən ən səmərəli nəzarət mexanizmini təmin edir”.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34954-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR