Vergilər Nazirliyi təbliğat və maarifləndirmə sahəsində müxtəlif layihələr həyata keçirib

Vergilər Nazirliyi təbliğat və maarifləndirmə sahəsində müxtəlif layihələr həyata keçirib
16:03 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, Ramiz Quliyev, AZƏRTAC 
Vergilər Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi, sahibkarlıq və vergi mühitinin sağlamlaşdırılması, əmək müqavilələri və əmək münasibətlərinin tənzimlənməsi, istehlakçıların hüquqlarının qorunması və vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələr həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov həmin istiqamətdə təbliğat işinin gücləndirilməsi üçün konfrans və təlimlərin davam etdirilməsinin nəzərdə tutulduğunu deyib.
Bildirib ki, bələdiyyələrlə birgə yerli vergi ödənişləri ilə bağlı əhalinin maarifləndirilməsi həyata keçirilməkdədir. Təbliğat və maarifləndirmə sahəsində təhsil müəssisələri ilə əməkdaşlıq da əsas yer tutur və nazirlik bu sahədə xeyli işlər görüb.
“Gənc nəslə vergi sahəsində zəruri biliklərin aşılanması məqsədilə müxtəlif dərsliklər, dərs vəsaitləri nəşr edilib, orta məktəblərdə 56 metodiki kabinet və vergi tədris otaqları yaradılıb, vergi mövzusunda dərslər, bilik müsabiqələri təşkil olunur”, - deyə Ə. Məmmədov vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergiler_Nazirliyi_tebligat_ve_maariflendirme_sahesinde_muxtelif_layiheler_heyata_kechirib-876074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR